Dergiler / Akademik Tarih ve Düşünce Dergisi / 2023 / Cilt: 10 Sayı: 1 - Azerbaycan Halkının Milli Lideri Haydar Alirza Oğlu Aliyev'in Doğumunun 100. Yılı Özel Sayısı

Azərbaycan Respublikasında İdmanın İnkişaf Perspektivlərinin Qurulmasında Heydər Əliyev Siyasətinin Rolu

Sayfa
131–143
DOI
—

Özet

1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə Heydər Əliyevin qayıdışı, Azərbaycan Respublikasında idmanın inkişaf perspektivlərini qura biləcək dövlət siyasətinin və xüsusi idman strategiyasının hazırlanması ölkədə bədən tərbiyəsinin təşkilinin və idmanın inkişafının hüquqi-normativ bazasının yaradılmasını da şərtləndirdi. İlk olaraq Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Prezidentin bu fərmanı ölkədə bədən tərbiyəsinin təşkilinin və idmanın inkişafının hüquqi-normativ bazasının yaradılmasının ilk addımı və növbəti hüquqi-normativ sənədlər üçün özül yaratmış oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafı təməlinin qoyulması istiqamətində gördüyü növbəti böyük addım – 1997-ci ildə imzaladığı «Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respubli¬¬kasının Qanunu» oldu. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında bədən tərbiyəsini müasir tələblərə uyğun şəkildə təşkil etmək üçün idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi də vacib şərtlərdən biri idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu.

Anahtar kelimeler: Azərbaycan idmanı, idman siyasəti, beynəlxalq əlaqələr, inkişaf perspektivləri

Azərbaycan Respublikasında İdmanın İnkişaf Perspektivlərinin Qurulmasında Heydər Əliyev Siyasətinin Rolu — AJIndex