Dergiler / Eski Türk Edebiyatı Araştırmaları Dergisi [Journal Of Old Turkish Literature Researches] / 2018 / Cilt: 1 - Sayı: 1

ƏLİŞİR NƏVAİ: HƏYATI, DÖVRÜ VƏ YARADICILIĞI

Sayfa
75–85
DOI
—

Özet

Dahi mütəfəkkir Əlişir Nəvai biri-birindən gözəl, lirik-romantik, realist-tarixi, ədəbi-bədii, fəlsəfi-təsəvvüf və elmi-nəzəri əhəmiyyətə malik ölməz əsərlər müəllifidir ki, dünya klassikləri sırasında özünəməxsus yer tutmuşdur. Təqdim olunan bu məqalədə şairin həyatı, dövrü, yaradıcılığı haqqında faktlara isnadən geniş araşdırmalar təqdim olunur. Ilk olaraq, Nəvainin doğulub – böyüdüyü ailə haqqında, onun uşaqlıq və gənclik illəri, şairlik həyatına ilk addımları araşdırılmışdır. Daha sonra elə bu müstəvidə şairin yaşadığı dövr xarakterizə olunur. Onun teymurilər sarayı ilə əlaqəsi təsirində dövrün ictimai-siyasi hadisələrinə işıq salınır. Burada Nəvai və onun ailəsinin fəaliyyəti, tutduğu mövqe aydınlaşdırılır. Daha sonra Nəvai yaradıcılığı haqqında araşdırmalar təqdim olunur. Oxucu Nəvainin bütün ədəbi irsi i tarixi xronologiya ilə məlumatlandırılır. Tədqiqatçılar üçün bu mənbələr ilk dəfə ümumiləşdirilmiş şəkildə diqqətə çatdırılır. Nəvainin yaşam tərzi, onun müasirdaşları böyük övliya və şairlərlə görüşü, ustadları, dostları, Şah Hüseyin Bayqara ilə dostluq əlaqələri tam təfərrüatla verilməsi də maraqlı təsir bağışlayır. Çağatay türkcəsində ilk “Xəmsə” müəllifi, “Divan”ları, elmi-nəzəri əsərləri və onlar haqqında yığcam məlumatla tanışlıq məqalənin üstünlüklərindən hesab edə bilərik. Çağatay türkcəsində yazılmış təzkirələrin (“Məcalis ün-nəfais” və “Nəsaim ül-məhəbbət”) ideya-məzmun xüsusiyyətləri, yazılma tarixləri (səbəbləri) və elmi-nəzəri əhəmiyyəti aşıqlanmışdır. “İki dilin müqayisəsi” (“Muhakimət ül-lüğəteyn”) elmi əsərində fars dili ilə türk dilinin müqayisəsi konkret misallarla göstərilir və türk dilinin üstünlüklərini göstərmişdir. Bu əsər biu gün də öz aktuallığını qoruyub saxlamışdır. Ümumiyyətlə, məqalədə türk dünyasının mütəfəkkir şair və alimi Əlişir Nəvainin istər ədəbi şəxsiyyət kimi, istərsə də irsinin zənginliyi və tarixi əhəmiyyəti baxımından layiqli şəkildə tədqiq və təqdim olunmuşdur.

Abstract

Dahi mütəfəkkir Əlişir Nəvai biri-birindən gözəl, lirik-romantik, realist-tarixi, ədəbi-bədii, fəlsəfi-təsəvvüf və elmi-nəzəri əhəmiyyətə malik ölməz əsərlər müəllifidir ki, dünya klassikləri sırasında özünəməxsus yer tutmuşdur. Təqdim olunan bu məqalədə şairin həyatı, dövrü, yaradıcılığı haqqında faktlara isnadən geniş araşdırmalar təqdim olunur.Ilk olaraq, Nəvainin doğulub – böyüdüyü ailə haqqında, onun uşaqlıq və gənclik illəri, şairlik həyatına ilk addımları araşdırılmışdır. Daha sonra elə bu müstəvidə şairin yaşadığı dövr xarakterizə olunur. Onun teymurilər sarayı ilə əlaqəsi təsirində dövrün ictimai-siyasi hadisələrinə işıq salınır. Burada Nəvai və onun ailəsinin fəaliyyəti, tutduğu mövqe aydınlaşdırılır.Daha sonra Nəvai yaradıcılığı haqqında araşdırmalar təqdim olunur. Nəvainin bütün ədəbi irsi tarixi xronologiya ilə məlumatlandırılır. Bu mənbələr ümumiləşdirilmiş şəkildə diqqətə çatdırılır. Çağatay türkcəsində ilk “Xəmsə” müəllifi, “Divanl”ları, elmi-nəzəri əsərləri və onlar haqqında yığcam məlumatla tanışlıq məqalənin üstünlüklərindən hesab edə bilərik.Nəvainin yaşam tərzi, onun müasirdaşları böyük övliya və şairlərlə görüşü, ustadları, dostları, Şah Hüseyin Bayqara ilə dostluq əlaqələri tam təfərrüatla verilməsi də maraqlı təsir bağışlayır. Çağatay türkcəsində yazılmış təzkirələrin (“Məcalis ün-nəfais” və “Nəsaim ül-məhəbbət”) ideya-məzmun xüsusiyyətləri, yazılma tarixləri (səbəbləri) və elmi-nəzəri əhəmiyyəti aşıqlanmışdır.“İki dilin müqayisəsi” (“Mühakimət ül-luğateyn”) elmi əsərində türk dili ilə fars dilinin müqayisəsi konkret misallarla göstərir və türk dilinin üstünlükləri qeyd edilir. Bu əsər bu gün də öz aktuallığını qoruyub saxlamışdır. Ümumiyyətlə, məqalədə türk dünyasının mütəfəkkir şair və alimi Əlişir Nəvainin istər ədəbi şəxsiyyət kimi, istərsə də irsinin zənginliyi və tarixi əhəmiyyəti baxımından layiqli şəkildə tədqiq və təqdim olunmuşdur.

Anahtar kelimeler: Ə.Nəvai, “Divan”, “Xəmsə”, poeziya, eski edebiyat, klasik edebiyat