Dergiler / Akademik Tarih ve Düşünce Dergisi / 2017 / Cilt: 4 - Sayı: 12
Hacı Bayram Vəli Şeirlərində Özünüdərkin Struktur Troyektoriyası
- Sayfa
- 37–53
- DOI
- —
Özet
XIV əsr Türk təsəvvuf şeirini yaranmasında və inkişafında böyük rolu olan övliya şairlərdən biri də Hacı Bayram Vəli (1352-1436 ) olmuşdur. Onun yaratdığı təsəvvuf məzmunlu şeirlər həm özündən əvvəl yaranan (Yunus Emre) təriqət poeziyasından bəhrələnmiş, həm də özündən sonra yazıb –yaradan həm də (Məsələn: Yazıcızadə Məhəmməd Əfəndi hocasını öyərək deyirdi: Cihanın kutbi mahı Hacı Bayram, Cihanın şeyhi, şahı Hacı Bayram) təsəvvuf şeirinə güclü təsiri olmuşdur Hacı Bayram Vəlinin ünlü bir övliya olacağını hələ şairin dünyaya gəlməzdən əvvəl haqqında yaranan yarıhəqiqət, yarırəvayət olan məlumatlardan görürük. Bu rəvayətlər sonradan həqiqətə çevrilərək haqqa doğru yolçuluq edən övliya şairin əməllərində gerçəkləşdi. Poeziyasında təsəvvuf əhlinin özünü bilməsi ideyasını təbliğ edən şair şeirlərinin birində deyir: “bilmək istərsən səni, can içrə ara canı, Keç canından bil onu, sən səni bil, sən səni” Təsəvvuf əhlinin kodlaşmasında ən mühüm olan amillərdən biri və birincisi özünü bilməsidir. Belə bir aforizim də var ki, “kəndini bilən, rəbbini bilər” prinsipi təsəvvuf elmində əsasın əsasıdır. Həyatı boyunca haqqa doğrü yolçuluq edən şair seyri-süluk boyunca təsəvvuf traktoriyası üzrə hərəkət etmişdir. O, təsəvvuf elminin, sirlərini (şəriət, təriqət, mərifət, həqiqət) mükəmməl bilmiş və həyatı boyunca onlara əməl etmişdir. Həyatından məlum olur ki, bir pirdən dərs alması, bir dərgaha qoyub getdiyi təriqətin sonradam davamçılarının yetişməsi, şairin haqqa doğru yolçuluğunun məziyyətlərini bizə göstərir. Mütəsəvvuf şair bunların bəzilərini əməli işlərlə yerinə yetirirdisə, bəzilərini isə, yəni Qurani-Kərimin ideyalarını şeir dili ilə insanlara sevdirirdi. “Ey könul, tərk eylə sivayi maksudi aksayi gör, Li məallah sirrinə ir mətləbi əl ayi gör” deyən şair könlünə müraciət edərək, artıq ilahi mətləblərin sirrindən agah olmasını ona tövsiyə edir . Şairin yaradıcılığına arşdıran mütəxəsislər haqlı olaraq onun şerilərini bir qisminin Yunus Əmrə təsirindən yarandığını göstərirlər. Hacı Bayram Vəlinin bəzi şeirləri var ki, onların ifadə tərzi Yunusun şeirləri ilə üst-üstə düşür. “Çələbim bir şar yaratmış iki cihan arasında” misrası ilə başlayan şeiri Yunusun “Bu dünyanın məsəli bir ulu şara bənzər” misrası ilə başlayan şeiri ilə səsləşir.
Abstract
Hadji Bayram Veli(1352-1436 ) was one of saint poets, that played a major role in emergence and development of XIV century Turkish tasawwuf poetry. Tasawwuf content verses created by him derive benefit from previous tasawwuf poet's poetry and also have a strong imfluence on further mythical poets.(forexample:Yazichizadeh Muhammed Afendi boastingly says about his master. Pole of Universe is Hadji Bayram King and sheykh of Universe is Hadji Bayram.)It was predicted that, Hadji Bayram Veli would become a famous saint in halftrue, halflegendary knowledges that were occured long before his birth. These legends became true and realized in poet's actions, who goes toward Truth.In his verse poet populirazed idea for tarikat people of recognizing oneself and he said: If you want to know yourself, seek soul inside your soul, Leave behind your body, find it, know yourself, know yourself.In encoding of tarikat people a first most important factor is recognizing oneself. There is an aphorism, that “Whoever recognizes hisself, would recognize his Rab (Allah)” and this is main of basis of tasawwuf. Poet, during all his life goes toward Truth,in his salik always follows trajectory of tasawwuf principles. He perfectly knows all secrets otasawwuf science (shariat, tarikat, marifat, hagikat) and always follows them. From his lifepath knowledges we could learn, all advantages of his Truth searching path by informations about his training in one dergah, his closeness with that dergah, created a sect, growed number of followers of sect created and leaved behind by him. Part of it sufi poet fulfilled through his actions,while another part he accomplished by endearing ideas of Qur'ani-Kerim through poetry language.In one of his verse poet advised referring to his soul that,already needed to be aware of divine aspirations secrets.Specialists researched poet's creativity rightly suppose,that part of his verses was created under Yunus Emre's impact. Some of Hadji Bayram Veli's verses are quite similar in expression manner with Yunus Emre's poetry. His verse which begins with hemistich My God created one ball between two universes- has something in common with Yunus's verse, which begins like This world's adage is like a great ball.In this article will be researched stages of poet's path toward Truth.