Dergiler / Akademik Tarih ve Düşünce Dergisi / 2018 / Cilt: 5 - Sayı: 18
Dram Əsərlərinin Azərbaycan Türkçəsindən Ruscaya Tərcümə Problemləri Üzərinə
- Sayfa
- 545–557
- DOI
- —
Özet
Azərbaycan dramaturqiyasının XX əsrin əvvəlindən başlayaraq Ruscaya tərcümə edilməsi prossesi başlayır. Bu prosses Sovet dövründə daha da güclənir. Məqalədə Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mirzə İbrahimovun, Hüseyn Mehdinin, İlyas Əfəndiyevin, Elçinin, Anarın dramaturji materiallarına dayanılaraq dram əsərlərinin Azərbaycan Türkçəsindən Ruscaya tərcümə xüsüsiyyətləri üzərində durulmuşdur. Təməli Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdulrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Üzeyir bəy Hacıbəylinin dramatik əsərlərinə dayanan zəngin dramaturji material və onun sənətkarlıq xüsusiyyətləri təhlil edilmiş, yeri gəldikcə ayrı-ayrı nümunələrə istinad edilərək dramatik əsərlərin Azərbaycan Türkçəsindən Rusçaya tərcümə özəllikləri araşdırılmışdır. Bu əsərlərin böyük əksəriyyəti səhnələşdirildiyi üçün bu örnəklərdə dramaturq zəhməti və sənətkarlığı ilə rejissör zəhməti və sənətkarlığı bir birini tamamlamışdır. Şübhəsiz ki, bu tərcümələrin hamısı eyni bədii keyfiyyətə malik değildir. Başqa-başqa dil sistemlərini təmsil edən Rusca və Azərbaycan Türkçəsi adekvatlık, məna və şəkil, intonasiya və ritm özəlliklərinin tapılması hər iki dilin ifadəlik imkanlarının səhnə şərçivəsində ortalığa çıxarılması həm yüksək səviyyədə yığcamlık-lakoniklik, poetik rəngarənglik tələb etməkdədir. Şübhəsiz ki, bədii əsərin ideal tərcüməsi mümkün deyildir. Ancaq bu ideala yaxınlaşmaq dramaturqun ideya, bədii sənətkarliq və estetik aləminin ifadə olunması ciddi əhəmiyyət daşıyır. Məqalədə yeri qəldikcə konkret nümunələr göstərilərək nəzəri təhlil də aparılmışdir.
Abstract
The process of translating Azerbaijani drama into Russian began at the beginning of the twentieth century. (The translation of Azerbaijani drama into Russian was started at the beginning of the twentieth century). This process intensified in Soviet times. The article is based on the translations of the plays of Jafar Jabbarli, Huseyn Javid, Mirza Ibrahimov, Huseyn Mehdi, Ilyas Efendiyev, Elchin, Anar. The features of the translation of dramatic works from the Azerbaijani language into Russian are also noted. An analysis of the rich material of translations and artistic features of the works of the founders of Azerbaijani drama Mirza Fatali Akhundov, Najaf Bek Vezirov, Abdulragim Bek Hagverdiyev, Nariman Narimanov, Uzeir Bey Hajibeyli was conducted. Since the overwhelming majority of these plays were staged, in the presented samples the work and skill of the playwright and the director complemented each other. Undoubtedly, these translations are not of the same artistic quality. As representatives of different language systems, Russian and Azerbaijani languages combine the search for features of adequacy, meaning and image, intonation and rhythm. The ability of two languages to express themselves on stage requires a high level of compactness, brevity and poetic diversity. Without a doubt, the perfect translation of a work of art is impossible. However, to get closer to this ideal, the idea, artistic mastery, and the expression of the aesthetic vision of the author are of great importance. In the article specific examples are presented and a theoretical analysis is conducted.