Dergiler / Rast Müzikoloji Dergisi / 2015 / Cilt: 3 - Sayı: 2

Dini Musiqi Və Bəstəkar Yaradıcılığının Qarşılıqlı Təsirinin Tədqiqi Məsələləri

Sayfa
864–870
DOI
—

Özet

Musiqişünaslıqda “Dini musiqi və bəstəkar yaradıcılığı” məsələsinin öyrənilməsimühüm əhəmiyyətə malikdir. Dini musiqinin və bəstəkar yaradıcılığının qarşılıqlı təsirinəticəsində dünya musiqisində bir sıra əbədi mövzular meydana gəlmiş və janrlarformalaşmışdır. Bu baxımdan, İlahi məhəbbətin, insanlığın, saf mənəviyyatın, ümumbəşərikədər və hüzn hisslərinin ifadəsi kimi rekviyem, passion və s. kimi dini musiqi janrlarındanistifadə olunmasını qeyd etməliyik. Azərbaycan bəstəkarlarının yaradıcılığında həm Qərbdəyaranmış, əsasən Xristianlıqla bağlı dua mətnlərindən (məsələn, “Ave maria”) və janrlardan(rekviyem, passion, misteriya və s.) istifadə olunması, həmçinin, Şərqdə yayılmış qədimdinlərin – Zərdüştiliklə bağlı mövzuların, təriqətlərin (dərvişlik, sufilik, mövlanəlik), İslamdininə xas olan dini oxuma və janrların (dua mətnləri, mərsiyə, qəsidə, şəbeh və s.) istifadəolunması nəticəsində bəstəkarların özünəməxsus musiqi üslubu formalaşmışdır. Dinimusiqinin bəstəkar yaradıcılığına sirayət etməsi, demək olar ki, bütün sahələrdə - musiqiliteatr,vokal-instrumental, xor, simfonik və kamera instrumental musiqi sahələrində özünümüxtəllif cəhətlərdən göstərir.

Anahtar kelimeler: Bəstəkar yaradıcılığı, Dini musiqi, Şəbeh, Rekviyem, Passion