Journals / Akademik Tarih ve Düşünce Dergisi / 2023 / Cilt: 10 Sayı: 1 - Azerbaycan Halkının Milli Lideri Haydar Alirza Oğlu Aliyev'in Doğumunun 100. Yılı Özel Sayısı
Heydər Əliyevin Xarici Siyasəti və Azərbaycanın Beynəlxalq Uğurları
- Pages
- 260–269
- DOI
- —
Özet
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qətiyyətli xarici siyasəti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sisteminin yaradılması işinə yaxından cəlb edilmiş, bu sahədəki müxtəlif sülhməramlı proqramlara qoşulmuş və antiterror koalisiyasına yaxından dəstək vermişdir. Bütün bunlar və Qərbə istiqamətlənən iri enerji layihələrinin gerçəkləşdirilməsi, nəticə etibarilə xalqımızın haqlı narazılığına səbəb olan məlum 907–ci düzəlişin, ABŞ prezidenti və dövlət katibinin konqresə müraciəti nəticəsində qüvvəsinin dayandırılması ilə nəticələnmişdir. 907–ci düzəlişin qüvvəsinin dayandırılması Azərbaycan üçün böyük qələbə, Heydər Əliyev siyasətinin isə növbəti ən böyük uğuru idi. Məqalədə dolğun tarixi faktlar əsasında Heydər Əliyevin yeritdiyi xarici siyasət, əldə etdiyi beynəlxalq uğurlar təhlil edilib qiymətləndirilir.