Journals / Rast Müzikoloji Dergisi / 2016 / Cilt: 4 - Sayı: 2

XX Əsrdə Muğamın Ənənəvi Tədrisində Proqramların Əhəmiyyəti

Pages
1236–1243
DOI
—

Özet

Bütün dövrlərdə yaranmış muğam cədvəlləri və proqramlar muğam irsini öyrənmək,muğamın inkişaf prosesini izləmək və müqayisəli surətdə öyrənmək üçün çox dəyərli birmənbələrdir. XX əsrdə ustad sənətkarların - görkəmli tarzənlər Mirzə Fərəc Rzayevin, ƏhmədBakıxanovun, Kamil Əhmədovun və başqalarının muğam tədrisi üzrə proqramları meydanagəlmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin muğamlarınsistemləşdirilməsi əsasında yaratdığı proqram tədris prosesində əsas mənbəyə çevrilmişdir.Qeyd etmək lazımdır ki, son illərdə musiqi təhsili sisteminin tələblərindən irəli gələrək, muğamüzrə tədris proqramlarının sayı çox artmışdır, solo oxuma və instrumental ifaçılıq (hər bir alətüçün ayrılıqda) muğam proqramları meydana gəlmişdir. Muğam ustadları və pedaqoqlartərəfindən yazılmış müxtəlif illərə aid tədris proqramlarının müqayisəsi şifahi ənənələr əsasındanəsildən-nəslə ötürülən muğam tərkiblərinin dəyişikliyə uğraması prosesini izləməyə şəraityaradır.

Keywords: muğam irsi, tədris prosesi, tədris proqramları, solo oxuma, instrumental ifaçılıq