Dergiler / BENGİ Dünya Yörük-Türkmen Araştırmaları Dergisi / 2018 / Cilt: 2018 - Sayı: 1
“Oğuznamə” Epik Ənənəsində İslami Görüşlər
- Sayfa
- 6–20
- DOI
- —
Özet
Göründüyü kimi, islam dini “Oğuznamə” ənənəsində daim inkişaf edən, zənginləşən xətt üzrə davam etmiş, tanrıçılıq ənənəsinə transformasiya olunaraq, onu aradan qaldırmış və oğuz epik ənənəsinin bütün ruhuna hopmuşdur. “Oğuznamə” eposu oğuz türklərinin ana kitabı kimi onun düşüncə tarixinin bütün inkişaf səviyyələrini özündə əks etdirir. “Oğuznamə” türklərin milli şüur hadisəsidir. Oğuznamələrin meydana gəlməsinə səbəb olan bu türkçülük şüurudur. İslamın qəbulundan sonra türk mifoloji sistemində və epik ənənəsində əski mifoloji personajların yeni dini personajlarla əvəzlənməsi “Oğuznamə”ni “folkor və islam” probleminin öyrənilməsində əvəzsiz qaynağa çevirir.